Şuşa. Trend:
Bu gün Rusiya sülhməramlılarına məxsus bir minik, bir zirehli və bir yük avtomobili Laçın yolundan keçib.
Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, avtomobilləriin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 67 gündür davam edir.