...

Azərbaycan Ordusunun tank heyətləri döyüş vərdişlərini təkmilləşdirir (VİDEO)

Gündəm Materials 24 Fevral 2023 10:06 (UTC +04:00)
Azərbaycan Ordusunun tank heyətləri döyüş vərdişlərini təkmilləşdirir (VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Məşğələlərdə əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti