Ağdam. Trend
Qarabağ İqtisadi rayonu ərazisinin 15 faizi mina və partladılmamış hərbi sursatdan təmizlənib.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
Onun sözlərinə görə, Ağdam rayonu 26 faiz, Füzuli rayonu 23 faiz, Tərtər rayonu isə 15 faiz mina və partladılmamış hərbi sursatdan təmizlənib.
"Ölkə başçısı tərəfindən azad olunmuş ərazilərdə bir çox lahiyələrin təməli qoyulub. Artıq bəzi layihələr yekunlaşıb. Bufer zonalar da təmizlənməkdədir", - deyə o qeyd edib.