...

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb - MN

Gündəm Materials 11 Aprel 2023 17:29 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti