...

Ölkələrin təhlükəsizliyinə təhdid yaratmaq istəyən dairələr dini-etnik təxribatlar törətməyə çalışır - Mübariz Qurbanlı

Gündəm Materials 19 Aprel 2023 10:06 (UTC +04:00)
Ölkələrin təhlükəsizliyinə təhdid yaratmaq istəyən dairələr dini-etnik təxribatlar törətməyə çalışır - Mübariz Qurbanlı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkələrin dini təhlükəsizliyinə təhdid yaratmaq istəyən dairələr dini-etnik xarakterli təxribatlar törətməyə çalışırlar.

Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

O qeyd edib ki, müasir dövrdə dinin geosiyasi proseslərə təsirinin güclənməsi bir sıra səbəblərdən irəli gəlir.

"Onlar dini ayrı-seçkiliyə və ekstremizmə əl atmaqla din pərdəsi altında sabitliyi pozmağa cəhd göstərir, iddia edirlər ki, guya dinlərarası dialoq dini-mədəni kimliyə xələl gətirir. Təbii ki, bu cür mövqe ilə razılaşmaq mümkün deyil. Çünki bu yanaşma dini ekstremizmin və ksenofobiyanın güclənməsinə rəvac verir. Nəzərə alınmalıdır ki, bəşəriyyətin mütərəqqi inkişafını dini-etnik müxtəliflik olmadan və sivilizasiyalararası dialoqsuz təsəvvür etmək çox çətindir. Məqsədli şəkildə dini zəmində yaradılmış münaqişələr beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaradır. Dinlərarası dialoq cəmiyyətin harmonik inkişafı üçün zəmin yaradan meyarlar formalaşdırır, dini-mədəni dəyərlər arasında bağlılığı təmin edir", - deyə M.Qurbanlı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti