...

Tarix İnstitutunun çox zəif potensialı var, vəzifələri icra edə bilmirik - İnstitutun direktoru

Gündəm Materials 20 Aprel 2023 14:20 (UTC +04:00)
Tarix İnstitutunun çox zəif potensialı var,  vəzifələri icra edə bilmirik - İnstitutun direktoru
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz nə ölkə kimi ölkənin, nə də xalq kimi xalqın tarixini yazmışıq. Ona görə də, buna konseptual yanaşaraq, 15 cilddən ibarət Azərbaycan tarixini yazmağı planlaşdırırıq.

Trend-in məlumatına görə, bunu AMEA Tarix İnstitutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov deyib.

Onun sözlərinə görə, hazırda bunun üzərində işlər aparılır.

“Dövlətin rəsmi tarixi olmalıdır. Düşünürəm ki, çox qısa zamanda bircildlik kitab lazımdır. Sonuncu dəfə belə bir nəşr 1993 və 1995-ci ildə biri rus, biri də Azərbaycan dilində çap olunub. Təsəvvür edin rus dilində olan kitabda da Azərbaycan xalqının formalaşması adlı bir paraqraf mətnin içərisində deyil, kitaba əlavə şəklindədir. O, XX əsrin əvvəlinə qədər, Azərbaycan dilində olan kitab da XX əsri əhatə edir. Sonrası yoxdur. Açıq deyim ki, bu sahədə bizim vəziyyətimiz elə də ürəkaçan deyil.

Bəzən deyirlər ki, Tarix İnstitutu dünya səviyyəsinə çıxa bilmir. Mən də deyirəm ki, hələ ölkə səviyyəsində özümüzü təqdim edə bilmişikmi, dünya səviyyəsinə də çıxa bilək. Tarix İnstitutunun çox zəif potensialı var. Dövlətin, millətin bizim qarşımıza qoyduğu vəzifələri icra edə bilmirik. Bizə mixi yazıları bilən, pəhləvi dilini bilən mütəxəssislər lazımdır. "Elm" Fonduna da müraciət edirik, dövlət səviyyəsində də bu məsələni qaldırırıq. Müzakirələr gedir, lakin perspektivdə buna nail ola bilmirik. Biz bu il və gələn il ərzində bunu edə bilməsək, Azərbaycanın bu dövrünü tədqiq edən mütəxəssisimiz olmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti