...

Ötən həftə 356 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

Gündəm Materials 8 May 2023 13:36 (UTC +04:00)
Ötən həftə 356 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 163 mina aşkarlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, mayın 1-dən 6-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 88, tank əleyhinə 75 mina və 123 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

356 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti