...

“Google Play Store”da daha çox reklam olacaq

Gündəm Materials 9 May 2023 11:01 (UTC +04:00)
“Google Play Store”da daha çox reklam olacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google Play Store”da yeni dövr başlayıb. İstifadəçilər axtarış sisteminə toxunduqları anda reklamları görməyə başlayacaqlar. “Google Play Store”un 2023-cü ilin aprel sistem yeniləməsini alan istifadəçilər tətbiq mağazasında daha çox reklam görməyə başlayıblar.

Trend-in məlumatına görə, “Google”un bu addımı öz gəlir mənbələrini artırsa da, reklamlara aludə olan istifadəçiləri əsəb böhranına sürükləyə bilər. Çünki mobil dünya indi tamamilə reklamın hökmranlığı altındadır.

“Google Play Store” yeniləməsi alan istifadəçilərin rəylərinə görə , tətbiq mağazası açıldıqda və axtarış edildikdə, məhdud zamanlı tədbirlər və sponsorlu təkliflər göstərilməyə başlayıb. Daha əvvəl isə; “Google Play Store”u açıb axtarış etdiyiniz zaman yalnız son dörd axtarış tarixçəsini görürdünüz. İndi bu vəziyyət dəyişəcək və istifadəçilər bu sahədə reklam görməyə başlayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti