...

Prokurorluğun bugünkü müasir fəaliyyəti üçün ulu öndərə minnətdarıq - Kamran Əliyev

Gündəm Materials 10 May 2023 11:12 (UTC +04:00)
Prokurorluğun bugünkü müasir fəaliyyəti üçün ulu öndərə minnətdarıq - Kamran Əliyev
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Biz bu gün Heydər Əliyevin 100 illiyini qeyd edəndə birinci növbədə onun prokurorluğa daim göstərdiyi diqqət yadımıza düşür.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

"Ulu öndər Heydər Əliyev bütün dövlət qurumları arasında prokurorluğun fəaliyyətinə daim xüsusi diqqət yetirib. Onun məşhur çıxışları var. Ulu öndərin 3 oktyabr 1994-cü ildə prokurorluğun inzibati binasına silahlı basqından sonra Azərbaycan xalqına müraciəti olmuşdu. 1998-ci ildə prokurorluğun 80 illiyində, 2000-ci ildə məşhur 26 aprel iclasındakı nitqində və bütün çıxışlarında prokurorluğun mühüm dövlət qurumu olmasını qeyd etmişdir. Prokurorluğun bugünkü müasir fəaliyyəti üçün ulu öndərə minnətdarıq. Prokurorluq bu gün də daim ulu öndərin müəyyən etdiyi siyasi kurs üzrə öz fəaliyyətini davam etdir. Onun tərəfindən müəyyən edilmiş prokurorluğun dövlət qurumlarında, cəmiyyətdə yeri və rolu konstitusiyamızda da əksini tapıb, prokurorluq haqqında qanun layihələri hazırlanaraq qəbul edilib. Prokurorluq daim dövlətə və dövlətçiliyə, öz xalqına və cəmiyyətə qulluq edəcək", - Kamran Əliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti