...

İsveçin beynəlxalq səyahətçiləri Azıx mağarasında (FOTO)

Gündəm Materials 11 May 2023 10:19 (UTC +04:00)
İsveçin beynəlxalq səyahətçiləri Azıx mağarasında (FOTO)

Xocavənd. Trend:

İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, səfər iştirakçıları əvvəlcə Vətən müharibəsindən sonra Füzuli rayonunda inşa olunan və hazırda istifadədə olan Füzuli Beynəlxalq Hava Limanında olub.

Daha sonra ermənilərin xarabalığa çevirdiyi Füzuli şəhərini öz gözləri ilə gördükdən sonra yeni inşa olunan Füzuli şəhər yaşayış kopleksi ilə tanış olublar.

Qonaqların Füzulidən sonra Xocavəndə səfəri başlayıb. 31 nəfərlik nümayəndə heyəti, hazırda Xocavənd rayon ərazisində yerləşən və dünyanın ən qədim 3 yaşayış məntəqələrindən biri olan Azıx mağarasını ziyarət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti