...

Goranboyda qəza olub, sürücü və sərnişin ölüb

Gündəm Materials 16 May 2023 09:33 (UTC +04:00)
Goranboyda qəza olub, sürücü və sərnişin ölüb

Bakı. Trend:

Goranboy rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində məlum olub 1988-ci il təvəllüdlü Nicat Nəbiyev Mercedes markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti