...

Sabah Günəş Yerdən maksimum uzaqlaşacaq

Gündəm Materials 6 İyul 2023 18:23 (UTC +04:00)
Sabah Günəş Yerdən maksimum uzaqlaşacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 7-də saat 00:07-də Yer öz orbitinin afelisindən keçəcək.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, nəticədə Yer kürəsi Günəşdən maksimum uzaqlaşacaqdır. Bu məsafənin qiyməti 152 098 232 kilometrə bərabərdir. Bu zaman Günəş diskinin də görünən ölçüsü 3 faiz kiçilərək minimal (31′31) qiymət alacaq.

Planetin orbitinin dairədən fərqlənmə dərəcəsini orbitin ekssentrisiteti xarakterizə edir. Nəticədə planetin Günəşdən məsafəsi sabit qalmayıb dəyişir. Yer orbitinin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Perihelidə planetin sürəti ən yüksək, afelidə isə ən aşağı qiymət alır.

Qeyd edək ki, Yer bu il perihelidən yanvarın 4-də saat 20:17-də keçib. Perihelidən keçərkən Yerlə Günəş arasındakı məsafə 147 098 290 km olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti