...

Sakinlərin Trend-ə müraciətindən sonra problem həll olundu (ƏLAVƏ OLUNUB) (FOTO)

Gündəm Materials 7 İyul 2023 16:45 (UTC +04:00)
Sakinlərin Trend-ə müraciətindən sonra problem həll olundu (ƏLAVƏ OLUNUB) (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi rayonu, Həzi Aslanov küçəsində yoldakı problem aradan qaldırılıb.

Trend xəbər verir ki, yolda çuxur qazılması və üstünün örtülməməsi ərazidən keçənlər üçün narahatlığa səbəb olurdu.

Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən ərazidəki çuxurun üstü asfaltla örtülüb və sakinlər üçün yaranan çətinlik aradan qaldırılıb.

XXX
Saat - 11:51

Bakının Nəsimi rayonu, Həzi Aslanov küçəsində yolun qazılması vətəndaşlara problem yaradır.

Trend xəbər verir ki, Həzi Aslanov küçəsində yolun hərəkət istiqamətində çuxur qazılması və üstünün örtülməməsi vətəndaşlara ciddi problem yaradır.

Avtomibil sürücüləri və sakinlər çuxurun üstünün örtülməməsinə görə narazılıqlarını bildirirlər.

Vətəndaşların sözlərinə görə, artıq 1 aya yaxındır vəziyyət belədir, yolda çuxur qazılsa da, üstü örtülmür. Yolun asfalt örtüyünün pozulması hərəkətə ciddi problem yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti