...

Yuxarı Qarabağ kanalında bərpa işləri başa çatıb

Gündəm Materials 3 Avqust 2023 14:10 (UTC +04:00)
Yuxarı Qarabağ kanalında bərpa işləri başa çatıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Yuxarı Qarabağ kanalının suyunun əvvəlki səviyədə axması göstərişi verilib.

Bunu Trend-ə açıqlamasında Yuxarı Qarabağ kanalı istismar idarəsinin rəisi Şakir İmanov bilidirib.

"Yuxarı Qarabağ kanalında sızma baş verib. Sızmanın qarşısı qısa müddətdə aradan qaldırıldı. Hal hazırda kanalın bəndində bərpa işləri başa çatıb. Biz kanalın suyunun əvvəlki səviyyəyə qaldırmaq göstərişi vermişik. Maksimum 1 sutka ərzində su kanalı əvvəlki səviyyəsində axaçaq", - deyə idarə rəisi əlavə edib.

Qeyd edək ki, 2 avqust tarixində Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb. FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. FHN-in qüvvələri tərəfindən subasmaya məruz qalmış Qaraqoyunlu kəndində zəruri təhlükəsizlik tədbirləri görülüb, o cümlədən təxliyə işləri həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti