...

“WhatsApp Web”ə ekran kilidi funksiyası gəlir

Gündəm Materials 14 Avqust 2023 15:04 (UTC +04:00)
“WhatsApp Web”ə ekran kilidi funksiyası gəlir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

WhatsApp” veb versiyasına ekran kilidi funksiyasını gətirir.

Trend-in məlumatına görə, hazırda funksiya yalnız beta istifadəçiləri üçün əlçatandır.

Funksiyaya "Məxfilik" parametrləri bölməsindən daxil olmaq olar. Bu bölməyə daxil olduğunuz zaman "Ekran kilidi" adlı bir seçimlə qarşılaşacaqsınız. Seçimi aktivləşdirdiyiniz zaman sizdən şifrə təyin etməyiniz xahiş olunacaq. Şifrəni təyin etdikdən sonra hər dəfə “WhatsApp Web” səhifəsi açılanda şifrəni daxil etməli olacaqsınız.

Qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti