Bakı. Trend:
“Google Chrome” brauzeri “YouTube” videolarından skrinşot çəkməyi asanlaşdıran yeni funksiyanı elan edib. “Copy video frame” funksiyası ilə üçüncü tərəf proqramlarına ehtiyac aradan qalxacaq.
Trend-in məlumatına görə, “Chorme” brauzerində videodakı bir şəkili yadda saxlamaq üçün ediləcək yeganə üsul videonu dayandırmaq, üzərinə sağ klikləmək və “ Video çərçivəsini kopyalamaq ” seçimi seçməkdir.
Bundan əlavə, faylı saxlamaq əvəzinə, ekran görüntüsünü mübadilə buferinə köçürür və videonun görüntü imkanı necədisə o keyfiyyətdə alır.