...

Dünyanın ən böyük külək turbini fırtına zamanı istehsal rekordu qırıb

Gündəm Materials 7 Sentyabr 2023 12:43 (UTC +04:00)
Dünyanın ən böyük külək turbini fırtına zamanı istehsal rekordu qırıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın ən böyük dəniz külək turbini 24 saat ərzində bir külək turbini ilə elektrik enerjisi istehsalı üzrə yeni dünya rekordu qırıb.

Trend-in məlumatına görə, “Goldwind” tərəfindən istehsal olunan “GWH252-16MW” ağıllı külək turbininin nəhəng ölçüyə malikdir. Turbinin rotorunun diametri 252 metr və süpürmə sahəsi təxminən 50.000 kvadratmetrdir. Bu sahə yeddi futbol meydançasına bərabərdir. Turbinin qovşağının hündürlüyü 146 metrdir, yəni təxminən 50 mərtəbəli binanın ölçüsüdür.

16 MW gücündə külək turbini iyun ayında Çinin cənub-şərqindəki “Zhangpu Liuao Faza 2” dəniz külək parkında quraşdırılıb və iyulun 19-da istismara verilib. Bu parkın inkişafına dövlətə məxsus olan “China Three Gorges” (CTG) enerji şirkəti rəhbərlik edir. CTG-nin məlumatına görə, sentyabrın 1-də 16 MW gücündə külək turbini Haikui fırtınası qarşısında təxminən 85 km/saat və saniyədə 23,56 metr külək sürəti ilə qarşılaşıb.

Normalda, külək turbinləri küləyin sürəti saniyədə 25 metrdən çox olduqda həddindən artıq yüklənmənin qarşısını almaq və fırtına zamanı hasilatı kəsmək üçün qanadlarını avtomatik olaraq bağlayır. Bununla belə, “Goldwind”in ağıllı qurğusu bıçaqlarını real vaxt rejimində tənzimləyərək elektrik enerjisi istehsal etməyə davam edə bilər. Belə ki, turbin cəmi 24 saat ərzində 384,1 meqawat-saat elektrik enerjisi istehsal edib. Bu miqdar 170 min evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. Bu həm də bir gün ərzində bir külək turbininin elektrik enerjisi istehsalı rekordu deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti