...

“Telegram”da fişinq hücumlarının sayı artıb

Gündəm Materials 8 Sentyabr 2023 12:22 (UTC +04:00)
“Telegram”da fişinq hücumlarının sayı artıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Telegram”da fişinq (phishing) hücumlarının sayı artıb.

Trend xəbər verir ki, “Angara Security” adlı şirkətin vermiş olduğu məlumata əsasən bu ilin birinci yarısında ‘Telegram”da hücumların sayı 5000-ə çatıb.

2023-cü ilin əvvəlində başlamış bu ciddi artım messencerin milyonlarla istifadəçisini təhlükə altına atır.

Bildirilir ki, keçən ilin yaz fəsli ilə müqayisədə, bu ilin yay aylarında “Telegram”la bağlı saxta saytların sayı 10% çoxalıb.

Qeyd edək ki, “Telegram” qlobal olaraq pulsuz, kross platforma, bulud əsaslı ani mesajlaşma xidmətidir. Xidmət ucdan-uca şifrələnmiş söhbətlər və videozənglər, "VoIP", fayl paylaşımı və bir sıra digər funksiyalar təqdim edir.

O, “İOS” üçün 14 avqust 2013-cü ildə, “Android” üçün 2013-cü ilin oktyabrında istifadəyə verilib. “Telegram” serverləri məlumat yükünü azaltmaq üçün müxtəlif bölgələrdəki beş məlumat mərkəzi ilə bütün dünyaya yayılıb. Əməliyyat mərkəzi Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti