Bakı. Trend:
Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə NİİM-dən bildirilib.
Qəza səbəbindən metronun “Qara Qarayev” stansiyası istiqamətində sıxlıq yaranıb. Digər bir yol-nəqliyyat hadisəsi isə Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb. Bu səbəbdən də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var. Hər iki yolda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.