...

Astarada yenə sürüşmə: Lənkərandan texnikalar cəlb olunub (FOTO)

Gündəm Materials 25 Sentyabr 2023 14:27 (UTC +04:00)
Astarada yenə sürüşmə: Lənkərandan texnikalar cəlb olunub (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Astara rayonu Şəkarən kəndinə aparın yolda sürüşmə hadisəsi baş verib. Yolun bərpası üçün Lənkəran şəhərindən texnikalar cəlb olunub.

Bunu Trend-ə açıqlamasında Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov bildirib.

A.Mahmudov qeyd edib ki, sözügedən kənddə 6 ailə yaşayır. Hazrda yolun bərpa olunması üçün işlər görülür.

"Baş vermiş hadisə ilə bağlı Su Ehtiyyatları Agentliyinə də müraciət edilib. Gələcəkdə həmin ərazidə əsaslı təmir-tikinti işləri aparılacaq", - deyə A.Mahmudov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti