...

David Babayan Azərbaycana təslim olur

Gündəm Materials 28 Sentyabr 2023 10:22 (UTC +04:00)
David Babayan Azərbaycana təslim olur
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağdakı keçmiş qondarma rejimin “xarici işlər naziri” David Babayan Azərbaycana təslim olacağını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.

“Azərbaycanda qara siyahıyadıyam və Azərbaycan tərəfi müvafiq araşdırma üçün Bakıya gəlməyimi tələb edib”, – deyə separatçı öz sosial media hesabında yazıb.

Xatırladaq ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti