...

Ovçuların NƏZƏRİNƏ: Qaydalar dəyişir

Gündəm Materials 6 Oktyabr 2023 13:04 (UTC +04:00)
Ovçuların NƏZƏRİNƏ: Qaydalar dəyişir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən iclasında “Ovçuluq haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, dəyişikliklər Azərbaycan Respublikasının ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin effektli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanunun 19.0-cı maddəsinə görə hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə ovçunun ov etmək hüququ dayandırılır. Ovçular cəmiyyətinə üzv olmaq məcburi olmadığına və ovçunun hüququ olduğuna görə qeyd olunan maddənin ləğv edilməsi təklif edilib.

Qanunun 19.0.8-ci maddəsinin “heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulan hallarda” redaksiyasında verilməsinin məqsədi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 64-cü maddəsindən irəli gələn tələblərdir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti