...

Vaqif Xaçatryan qulağımı kəsmək istədi - Zərərçəkmiş

Gündəm Materials 17 Oktyabr 2023 15:48 (UTC +04:00)
Vaqif Xaçatryan qulağımı kəsmək istədi - Zərərçəkmiş
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Vaqif Xaçatryan qulağımı kəsmək istədi.

Trend-in məlumatlna görə, bunu Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı əsir düşmüş Barat Novruzov deyib.

O bildirib ki, Vaqif Xaçatryan əsirlikdə Armarislə birlikdə onu döyüblər.

"1991-ci ildə müdafiə postunda mən də dayanırdım. Səhərə yaxın postu dəyişdirdim. Postu dəyişən zaman ermənilər bizi atəşə tutdular. Üzərimizə hücuma keçdilər. Biz onlarla danışdıq ki, qadınlara yol verin, biz sizə təslim olaq, lakin bunlar birinci razı olsa da, bacımgili silahla vurdular. Bacım həmin dəqiqə şəhid oldu. Bunların məqsədi camaatı öldürməklə yanaşı, həm də girov götürmək istəyirdilər. Atamı snayperlə vurararaq öldürdülər. Evimizə sığınıb orada döyüşürdüm. Mən onlarla danışığa getdim ki, qadınları buraxın təslim olum. Bunlar razılaşdı. Anam və balaca bacım da çıxanda onları vuraraq öldürdülər. Evimizi ağır silahlarla vurdular. Xəsarət aldım, daha sonra evimizi yandırmağa başladılar. Atamın başına pul qoymuşdular. Bilirdim ki, atamın başını kəsib aparacaqlar. Ona görə çıxdım çölə, məni girov götürdülər".

O bildirib ki, əsirlikdə olan zaman özünü qayadan atıb.

"Kəndin yuxarısında balaca təpəlik vardı. Orda bir saniyə vaxt oldu və özümü ordan atdım ki, bunların əlindən xilas olum, ölsəm də ölümüm bunların əlindən olmasın. Şükür ki, ölmədim, lakin onlar məni öldü bilirdilər. Yaralı-yaralı qonşu kəndə qədər gedib çıxdım. Meşədə Laçın istiqamətinə yeridim. Lakin bir müddət qan itirmədən özümdən getmişəm. Gözümü açanda gördüm ki, Xocalıda işləyən bizim polislər başımın üstündədir. O vaxta qədər qardaşımın sağ olduğunu bilirdim. Lakin sonra öyrəndim ki, qardaşım da polis şöbəsində gedən döyüşlər zamanı şəhid olub. Mənim 5 ailə üzvüm bunlar tərəfindən amansızlıq öldürülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti