...

Sabah ilin ikinci Ay tutulması baş verəcək

Gündəm Materials 27 Oktyabr 2023 10:47 (UTC +04:00)
Sabah ilin ikinci Ay tutulması baş verəcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 28-də bu ilin ikinci Ay tutulması baş verəcək. Ay tutulması Azərbaycan ərazisində də müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Trend-ə verilən məlumata görə, bu, qismən Ay tutulması olacaq.

Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.

2023-cü ilin ikinci qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik, Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti