Bakı. Trend:
“Tesla” təhlükəsizlik üçün kameradan istifadə edərək, elektriklə işləyən avtomobillərin sürücülərini izləyə biləcək.
Trend-in xəbərinə görə, yeni funksiya şirkətin bütün avtomobillərində görünəcək.
Xüsusi sistem sürücünün yolda diqqətini və avtomobilin idarə edilməsini qiymətləndirəcək. Avtomobil sahibi yuxuya gedərsə, "Sürücü Yuxululuğu Xəbərdarlığı" səs siqnalı vasitəsilə ona xəbərdarlıq ediləcək.
Sürücünün vəziyyətini qiymətləndirmək üçün “Tesla” sürücünün üzünə baxan kabin kamerasından istifadə edəcək.
İstifadəçilər parametrlər vasitəsilə izləmə funksiyasını söndürə biləcəklər. Yeniliyi ilk qiymətləndirən avropalı avtomobil həvəskarları olacaq.