...

Dövlət mənim xaricdə təhsilimə 130 min dollar xərcləmişdi - Emin Əmrullayev

Gündəm Materials 1 Noyabr 2023 12:25 (UTC +04:00)
Dövlət mənim xaricdə təhsilimə 130 min dollar xərcləmişdi - Emin Əmrullayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün elə universitet var ki, bir mühəndisi 1500 manata hazırlayır. Xaricdə təhsil üçün bir vətəndaşımıza bəzən 100 min dollar sərf olunur. Məsələn, mən hesablamışdım, mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyulmuşdu.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu, reallıq və həqiqətdir.

“Universitetlərimizin yanaşması ondan ibarətdir ki, sənin gücün nəyə çatırsa, onu ver, biz sənə bir ixtisas verək. “Bir həkimi hazırlamaq neçəyə başa gəlir?” Əsas sual budur. Biz əgər diplom xətrinə buna ticarət kimi baxırıqsa, bunun adı başqadır. Bu, elə müzakirədir ki, açıq şəkildə aparmalıyıq. Ya biz bir-birimizin üzünə gülüb, heç bir ağrılı məsələni qaldırmamalıyıq, ya da müzakirə etməliyik”,- deyə nazir bildirib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir. "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti