...

Məqsəd qadınların səlahiyyətləndirilməsidir - Malayziya senatının üzvü

Gündəm Materials 20 Noyabr 2023 14:57 (UTC +04:00)
Məqsəd qadınların səlahiyyətləndirilməsidir - Malayziya senatının üzvü
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Malayziya Azərbaycan hökümətinin Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirir və bu tədbirin təşkili üçün təşəkkür edir.

Trend xəbər verir ki, bunu Malayziya senatının üzvü Zurainah Binti Musa Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Malayziya qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması və gender bərabərliyi yolunda atılan addımlarda israrlıdır. Nazirlik və idarələrdə Gender əsaslı komandalar formalaşdırılıb. Əsas məqsəd qadınların səlahiyyətləndirilməsidir. Lakin yenə də dövlət və özəl sektorda bərabərsizliklə bağlı nüanslar olur. Bunun üçün də kişilərin dəstəyinə ehtiyac var ",- deyə o, əlavə edib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti