...

Bu mərkəzi xəstəxanalara yeni direktorlar təyin edilib

Gündəm Materials 23 Noyabr 2023 16:01 (UTC +04:00)
Bu mərkəzi xəstəxanalara yeni direktorlar təyin edilib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Qusar və Zərdab rayon mərkəzi xəstəxanalarına yeni direktorlar təyin ediliblər.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında Pərviz Məhsimov, Zərdab Rayon Mərkəzi Xəstəxanasında isə Emil Kamilov direktor vəzifəsini icra edəcəklər.

Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərviz Məhsimov ixtisasca cərrahdır. O, bu təyinatadək Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri olub.

Tibb üzrə fəlsəfə doktoru olan Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov ixtisasca cərrahdır. O, bundan əvvəl Zərdab Gigiyena-Epidemioloji Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti