...

Qaradağda zəlzələdən sonra ortaya çıxan divarların nə olduğu məlum olub

Gündəm Materials 8 Dekabr 2023 15:58 (UTC +04:00)
Qaradağda zəlzələdən sonra ortaya çıxan divarların nə olduğu məlum olub
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qaradağda zəlzələdən sonra yaranan görüntülərdəki qala divarları deyil.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən Otman Bozdağ vulkanının yaxınlığında qala divarlarının üzə çıxması ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları əraziyə baxış keçirib.

Məlum olub ki, aşınma nəticəsində üzə çıxan daşlar tikinti effekti yaradıb. Ərazidə tarixi, arxeoloji əlamət daşıyan hər hansı mədəniyyət nümunəsinin qalıqları müşahidə olunmayıb.

Qala divarlarının olduğu iddia edilən yerin təbii aşınma nəticəsində yaranmış daş qatları olduğu müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti