...

Günəşdən daha parlaq cisim kəşf edilib

Gündəm Materials 20 Fevral 2024 11:36 (UTC +04:00)
Günəşdən daha parlaq cisim kəşf edilib
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

Trend-in məlumatına görə, astronomlar araşdırmalardan sonra belə qənaətə gəliblər ki, Günəşdən 500 trilyon dəfə daha parlaq olan bu kvazar “kainatın ən parlaq obyekti” ola bilər.

Qeyd edək ki, sözügedən kvazarın Yerdən 12 milyard işıq ili uzaqda yerləşdiyini qeyd edən astronomlar cismin mərkəzindəki qara dəliyin kütləsinin Günəşdəkindən 17-19 milyard dəfə böyük olduğunu müəyyən ediblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti