...

“Gmail” e-poçt xidməti 20 yaşını qeyd edir

Gündəm Materials 1 Aprel 2024 19:06 (UTC +04:00)
“Gmail” e-poçt xidməti 20 yaşını qeyd edir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Google” brauzerinin e-poçt xidməti olan “Gmail” 2004-ci il 1 aprel tarixində fəaliyyətə başlayıb. “Java” və “Java Script” ilə hazırlanan xidmət bu gün 20-ci yaşını qeyd edir.

Trend xəbər verir ki, mühüm mərhələnin ildönümü ilə yanaşı, “google” qlobal miqyasda “Gmail” istifadəçilərinə fayda verəcək yeni təhlükəsizlik tədbirlərinə də start verir.

İyirmi ildir sürətlə irəliləyən və təxminən 1,2 milyard istifadəçisi olan “Gmail” e-poçt xidmətindən istifadə etmək üçün əvvəllər xüsusi icazə lazım idi. Lakin indi arzu edən hər kəs bu xidmətdən sərbəst surətdə faydalana bilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti