...

Bakıda ümumşəhər iməcliyi keçiriləcək

Gündəm Materials 23 May 2024 10:21 (UTC +04:00)
Bakıda ümumşəhər iməcliyi keçiriləcək
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə şənbə günü, may ayının 25-də paytaxtda genişmiqyaslı daxili ümumşəhər iməcliyinin keçirilməsi qərara alınıb.

BŞİH-dən Trend-ə verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə çağırır.

"Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti