Bakı. Trend:
Oman Sultanlığı Asiya Parlament Assambleyasına üzv seçilib.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev APA-nın “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda keçirilən 15-ci Plenar sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Belarus isə müşahidəçi qismində üzv qəbul edilib:
“APA-ya 2026-cı ilədək Bəhreyn, 2027-2028-ci illərdə isə İran rəhbərlik edəcək”.