...

Məktəbəhazırlıq qruplarına və I sinfə elektron qəbulu üzrə 60 mindən çox uşağın qeydiyyatı tamamlanıb

Gündəm Materials 11 Avqust 2025 13:10 (UTC +04:00)
Məktəbəhazırlıq qruplarına və I sinfə elektron qəbulu üzrə 60 mindən çox uşağın qeydiyyatı tamamlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

2025-2026-cı tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına və I sinfə elektron qəbulu prosesi davam edir.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu günə qədər artıq 60 mindən çox uşağın məktəbəhazırıq qrupuna, 125 minə yaxın uşağın isə birinci sinfə qəbulu prosesi tamamlanıb.

Məlumata görə, tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına və I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti