...

Sabunçuda Finlandiya vətəndaşına təcavüz edən şəxs tutulub

Hadisə Materials 14 Sentyabr 2007 23:28 (UTC +04:00)

Sabunçuda 24 yaşlı Finlandiya vətəndaşı Nina Makoninaya təcavüz edən şəxs tutulub. N. Makoninayanın Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə etdiyi müraciət nəticəsində ilkin olaraq 15-ci polis bölməsinə mikroavtobusun sürücüsü dəvət olunub. Sürücü Yaşar Qurbanovun sözlərinə görə, avtobusu səhv salan əcnəbiyə bunu başa salıb və son dayanacaq olduğundan sürücü maşından düşüb xeyli kənarlaşıb.

Sonra kimsə əcnəbiyə yaxınlaşıb əvvəlcə telefon uzadıb, sonra isə ədəbsiz hərəkətlər edib. Sürücünün sözlərinə görə, əcnəbiyə zor tətbiq edən şəxsi tanıya bilməzdi: "Çünki avtobusa yaxınlaşanda təxminən 30-40 nəfər qızın başını üstünü almışdı".

15-ci polis bölməsindən isə ANS TV -yə bildiriblər ki, hadisədə şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Zaur Şəfəndə oğlu saxlanılıb. Hələlik hadisənin detalları açıqlanmır. Toplanmış materialların istintaqa göndərilidyi bildirilib.

Xəbər lenti

Xəbər lenti