...

Gəncənin ticarət mərkəzində yanğın olub: xəsarət alanlar var

Hadisə Materials 17 Oktyabr 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Paytaxt Bakıdan 320 kilometr qərbdə yerləşən Gəncə şəhərinin ticarət mərkəzində çərşənbə günü günorta saatlarında yanğın baş verib. Trend in bölgə müxbirinin məlumatına görə, "Dubay" Ticarət Mərkəzində baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Gəncə şəhər 1 saylı Xəstəxanasından bildiriblər ki, xəstələrin vəziyyəti orta ağırdır.

Gəncə şəhər İcra Hakimiyyəti "Dubay" Ticarət Mərkəzinin köcürülməsi üçün bir neçə gün öncə qərar çıxarıb. Ticarət Mərkəzinin işçiləri isə köçürülmənin əleyhinə çıxırdılar. Onlar "Yeni Gəncə" qəsəbəsində inşa olunan yeni ticarət mərkəzinə köçürülməli idi.

Yanğının baş vermə səbəbləri araşdırılır. Nəticə barədə ictimaiyyətə açıqlama veriləcək.

Xəbər lenti

Xəbər lenti