...

İran vətəndaşının mədəsindən əməliyyat zamanı heroin tapılıb

Hadisə Materials 9 Dekabr 2007 14:18 (UTC +04:00)
İran vətəndaşının mədəsindən əməliyyat zamanı heroin tapılıb

Azərbaycan, Bakı Trend müxbir K.Zərbalıyeva / Gəncə şəhərində İran vətəndaşının mədəsindən əməliyyat zamanı külli miqdarda heroin aşkar olunub. Gəncə şəhər prokurorluğundan Trend ə bildirilib ki, bir neçə gün öncə Azərbaycana gələn İran vətəndaşı Gəncə şəhərində tanışlarının birində qonaq olarkən mədəsində güclü ağrılar başlayıb. İlkin tibbi yardım göstərilməsi üçün o, Gəncə Şəhər Xəstəxanasına aparılıb. İran vətəndaşının həyatını xilas etmək mümkün olmayıb.

Əməliyyat zamanı onun mədəsindən selafana bükülmüş, ümumi çəkisi 70 qaramdan artıq olan 70-ə yaxın kapsula aşkar olunub.

Prokurorluğdan bildirilib ki, həmin narkotik vasitənin heroin olduğu ehtimal olunur. İranlının mədəsindən tapılan maddənin hansı narkotik vasitə olduğunu müəyyənləşdirmək üçün ekspertiza təyin olunub.

Faktla bağlı Gəncə Şəhər prokuroluğu tərəfindən Cinayət Məcəlləsinin külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, gəzdirmə, daşıma (234.4) maddəsi ilə cinayət işi açılıb.

İlkin məlumata görə, İran vətəndaşının ölümünə narkotikadan zəhərlənmə səbəb olub.

İran vətəndaşının adı açıqlanmır.

Xəbər lenti

Xəbər lenti