Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir S.Ağayeva / Azərbaycanın İstanbuldakı Baş kosulluğu dünən bu şəhərdə baş verən partlayış nəticəsində ölən azərbaycanlının şəxsiyyətini müəyyənləşdirir.
"Bu Novruz Məmmədovdur. Onun haqqında bütün detallar gün ərzində məlum olacaq" - deyə cümə günü telefonla İstanbuldan Azərbaycanın bu şəhərdəki baş konsulu Səyyad Salahlı bildirib.
Qanunsuz şəkildə pirotexnikanın istehsal olunduğu corab fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 22, yaralıların sayı isə 117-yə çatıb. Üç yaralının vəziyyəti ağırdır.
Şəhər qubernatorunun türkiyəli jurnalistlərə verdiyi məlumata görə, partlayışa pirotexnika səbəb olub.