...

Azərbaycan paytaxtında dəm qazından daha bir nəfər ölüb

Hadisə Materials 3 Mart 2008 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir A,Salmanov/ Azərbaycanın paytaxtı Bakıda martın 2-də dəm qazından daha bir nəfər ölüb. Bu barədə Trend a bazar ertəsi Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanvar ayında Azərbaycanda dəm qazı ilə əlaqədar 40 hadisə (bu, 2007-ci il ərzində analoji hadisələrin ümumi sayının demək olar ki, üçdə birini təşkil edir) qeydə alınıb. Cari ilin yanvarında baş verən dəm qazından zəhərlənmə nəticəsində 16 nəfər ölüb, 449 nəfər isə müxtəlif xəsarətlər alıb.

Məlumata görə, Bakının Nərimanov rayonundakı Bakuvi küçəsi ev 5-də yaşayan Tural Rəhimov mənzilində dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti