...

Azərbaycanın cənub bölgəsində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 17 Mart 2008 19:34 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 17 mart / Trend ", müxbir P.Əliyeva/ Ələt-Astara rayonunun 125-ci kilometrliyində Cəlilabad rayonunun Alar kəndi yaxınlığında bazar ertəsi saat 12.00 radələrində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Trend "un bölgə müxbirinin məlumatına görə, 10 UV 014 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobillə 42 BJ 422 dövlət nömrə nişanlı "Mersedes" markalı maşın toqquşub. Nəticədə, 10 UV 014 dövlət nömrə nişanlı "Mersedes" markalı maşın Bakı istiqamətinə gedən 10 JG sərnişin avtobusu ilə toqquşub. "Mersedes" markalı maşında 3 nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Hazırda qəza nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Ölənlərdən birinin şəxsiyyəti müəyyən olunub. Bu, Göytəpə şəhər sakini, 21 yaşlı Məmmədov Azər Payaz oğludur. Qalan iki nəfərin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb. "İkarus" avtobusunda olan sərnişinlərdən biri "CənubTV" nin "Kokteyl" verilişinin aparıcısı Vüsalə Abbasovadır. O, yüngül xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti