...

İranda zəlzələ olub: dağıntılar var

Hadisə Materials 4 İyul 2008 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir T.Cəfərov / İranın Türbəte Heydəriyyə bölgəsinin Kodkən şəhərində bu gün səhər saatlarında rixter cədvəli üzrə 5,2 gücündə zəlzələ baş verib. Bu barədə İranın "İRİNN" xəbər kanalı məlumat yayıb.

Tehran Universitetinin Seysmoloji Xidmət Mərkəzinin tabeliyində olan Xorasane Rəzəvi bölgəsinin Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ bu gün səhər saat 03:20-də qalmış baş verib.

Zəlzələ baş verən zaman 15 minə yaxın əhali küçələrə tökülüb.

Türbət Heydəriyyə bölgəsinin Kodkən şəhər İcra nümayəndəsi Mehdi Xosrəvi bildirib ki, zəlzələnin fəsadları haqda hələlik araşdırmalar aparılır, amma onlarla kənd evləri zəlzələ nəticəsində çöküb.

Onun sözlərinə görə, bu zəlzələnin əsas mərkəzi Dafi kənd ətrafında Mulkuh dağları olub. Hazırda İranın Qırmızı Aypara Cəmiyyəti işçiləri və könüllülər bu regionda kömək çatdırma əməliyyatları aparırlar.

Azərbaycanın Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli cümə günü Trend -a bildirib ki, İranda baş verən zəlzələ Azərbaycanda hiss olunmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti