...

Ötən ay Azərbaycanda 1 milyon 695 min 875 kvadrat metr ərazi minadan təmizlənib

Hadisə Materials 6 Oktyabr 2008 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / , müxbir K.Zərbalıyeva/ Bu ilin sentyabrında Azərbaycanda 1 milyon 695 min 875 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Azərbaycan Ərazilərinin Minalrdan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, həmin ərazilərdən 15 min 101 PHS və mina aşkar edilərək zərərsizləşdirilib.

İndiyədək 75 milyon 109 min 944 kv.m ərazi minalardan təmizlənib.

Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 343 932 olub.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd, Ağstafa rayonlarında və Bakı şəhərinin Qaradağ rayonunda aparılır.

ANAMA-dan bildirilib ki, ötən sentyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə 101 hadisədə 57 nəfər həlak olub, 137 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti