...

Bakı sakini oğurladığı avtomobillə qəza törədərək ölüb

Hadisə Materials 20 Oktyabr 2008 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Əzizbəyov rayonunun ərazisində oğurladığı avtomobili idarə edən 54 yaşlı kişi avtomobillə qəza törədərək ölüb.

Əzizbəyov rayon Polis İdarəsindən (RPİ) bazar ertəsi Trend - a verilən məlumata görə, oktyabrın 18 - də saat 16 : 00 radələrində Binə qəsəbəsinin Cabbarlı küçəsi, ev 15 ünvanında yaşayan Əmir Nağıyevə məxsus "VAZ- 2106" markalı avtomobili onun evinin qarşısından qaçıran Bakı sakini Aslan Hüseynov avtomobili Qala şossesində idarə edərkən Qala qəsəbəsinin sakini İlham İsgəndərovun idarə etdiyi "KamAZ" markalı avtomobilə toqquşub. Nəticədə, Hüseynov hadisə yerində ölüb.

Faktla bağlı Əzizbəyov RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263 - cü) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti