...

Bakıda ruhi xəstə itkin düşüb

Hadisə Materials 21 Oktyabr 2008 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nəsimi rayonunun ərazisində 24 yaşlı ruhi xəstə qız itkin düşüb.

Nəsimi rayon Polis İdarəsinin (RPİ) 19-cu polis bölməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, oktyabrın 17-də saat 16:00 radələrində rayonun Cavadxan küçəsi, ev 19, mənzil 59 ünvanda yaşayan Səriyə Vahid qızı Məmmədova yaşadığı ünvandan çıxdıqdan sonra itkin düşüb.

Hazırda onun tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarş tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi RPİ-nin 19-cu polis bölməsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti