Azərbaycan, Bakı, 08 noyabr / Trend , müxbir S. Kazımlı / Bakının Səbail rayonunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin əməkdaşının evində Rusiya vətəndaşı normadan artıq narkotik maddə qəbul etdiyi üçün ölüb. Bu barədə Səbail rayon Prokurorluğundan şənbə günü Trend -a məlumat verilib.
Məlumata görə, noyabrın 6-da rayonun Kiçik-Qala küçəsi ev 124, mənzil 20- ünvanda yaşayan, BMT-nın Azərbaycandakı nümayəndəliyində qaçqınlar üzrə koordinator işləyən, Böyük Britanya vətəndaşı 32 yaşlı Canola Sofinin evinə qonaq gələn tanışı, Rusiya Federasiyasının vətəndaşı milliyətcə çeçen olan 28 yaşlı Velidov Murat orada ölüb. İlkin araşdırma zamanı Velidovun normadan artıq narkotiq maddə qəbul etdiyi üçün ölməsi müəyyənləşib.
Faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]