Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın Abşeron rayonunda evdə partlayış baş verib. Hadisə zamanı iki nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a məlumat verilib.
Noyabrın 21-də saat 06.00 radələrində rayonun Masazır qəsəbəsində, qəsəbə sakini Rəfayel İsmayılova məxsus 2 mərtəbəli fərdi evdə yanğına keçən partlayış baş verib. Nəticədə evin qapı və pəncərə çərçivələri yerindən çıxıb, divarlarda çat əmələ gəlib, ev əşyaları qismən yanıb, xəsarət alan İsmayılov və onun həyat yoldaşı Almaz Cavadova isə xəstəxanaya yerləşdiriliblər. İlkin məlumatlara əsasən, partlayışın təbii qazın sızmasından baş verməsi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]