Azərbaycan, Gəncə, 23 noyabr / Trend , müxbir V.Məmmədov/ Qaz kəmərinin partlaması nəticəsində Azərbaycanın şimal-qərb rayonları - Gəncə şəhəri, Samux və Göygöl rayonaları bir neçə saatlıq təbii qazsız qalıb. Hal hazırda qazın verilişi bərpa edilib. Bu barədə jurnalistlərə Gəncə şəhəri qaz istismarı İdarəsinin rəisi Rəfil Əliyev deyib.
"Kəmərdə qaz sızması baş vermişdir, biz bunu bərpa etmişik", - Əliyev qeyd etdi.
Bazar günü səhər saatlarında Qazməmməd-Qazax qaz magistralının kəmərində Samux rayonu ərazisində qaz sızması nəticəsində güclü partlayış baş vermişdir. 700 millimetrlik borunun 10 metrlik hissəsini 100-lərlə metr kənara atmışdır. Partlayış yaxın kəndlərdə eşidilmişdir. Nəticədə Gəncə bir neçə saatlıq təbii qazsız qalmışdır. Bir qədər sonra, köhnə xətlə, qazın verilməsi bərpa edilmişdir.
Hadisə yerində Fövqaladə hallar nazirliyinin əməkdaşları işləyir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]