Azərbaycan, Bakı, 25 noyabr / Trend müxbir S.Kazımlı / Bakının Nərimanov rayonu ərazisində naməlum kişi meyiti tapılıb. Hələlik ölən şəxsin şəxsiyyəti müəyyənləşməyib. Bu barədə Nərimanov rayon Prokurorluğundan çərşənbə günü Trend -a məlumat verilib.
Prokurorluqdan bildiriblər ki, noyabrın 24-də saat 13:00 radələrində rayonun Yanvar Nəsirov küçəsindəki zibilliyin yaxınlığında təxminən 35 - 40 yaşlı şəxsin meyiti aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Hazırda ölən şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün tədbirlər davam etdirilir.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]