...

Bakıda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Hadisə Materials 31 Mart 2009 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir K.Zərbalıyeva /

Bakıda beş nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Suraxanı Rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, bazar ertəsi axşam 20.50 radələrində rayonun Yeni Günəşli qəsəbəsi, A.Fətullayev küçəsində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında 36 yaşlı Hafiz Hacıyevin idarə etdiyi "Mercedes" markalı, 90 EB 582 dövlət nömrə nişanlı evakuatorla əks istiqamətində hərəkət edən "Mersedes" markalı 10LC119 nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə avtomobildə olan 5 nəfər - Hüseynov Zaur, Cəfərov Cavid, Qəribov Namiq, Novruzov Anar və Rəsulov  Ramil hadisə yerindəcə keçinib.

Evakuator maşınının sürücüsü Hacıyev ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb birinci avtomobilin sürücüsünün maşını yüksək sürətlə idarə etməsi və səkini keçərək evakuator avtomobilinin yoluna çıxması olub.

Faktla bağlı Polis İdarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263-cü) maddəsi ilə cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti