...

Azərbaycan-Gürcüstan sərhədində zəlzələ baş verib

Hadisə Materials 18 Aprel 2009 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir A.Hüseynbala / Azərbaycan-Gürcüstan sərhədində şənbə günü səhər saatlarında zəlzələ baş verib, Trend -a Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Zəlzələ bu gün səhər saat 08:32-də Azərbaycanın Gürcüstanla sərhədində yerləşən Balakən rayonundan təxminən 20 kilometr qərbdə baş verib. Yetirmişli bildirib ki, yeraltı təkanların gücü Rixter cədvəli üzrə 3 bal olub.

Zəlzələ Balakən rayonunda 3 bala qədər, Zaqatala rayonunda isə, 2,5 bal gücündə hiss edilib. Tələfat və dağıntılar qeydə alınmayıb.

Mərkəzin baş direktorunun sözlərinə görə, Azərbaycanda seysmik fon səviyyəsi normaldır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti